
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 781 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 88 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 856, bu günə qədər isə ümumilikdə 6 817 342 test icra olunub.