
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 11-14°, gündüz 19-22, Bakıda gecə 12-14°, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 20-25°, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacaq.