
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, bununla belə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu yarımadada gecə 12-15°, gündüz 16-20°, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 22-27°, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacaq.