
"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, avtobus dayanacağı küləyə davam gətirməyərək aşıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl güclü külək Bakıda iri ağacı avtomobillərin üzərinə aşırmışdı. Hadisə Nizami küçəsi, 203B ünvanının qarşısında qeydə alınmışdı.


