
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 841, bu günə qədər isə ümumilikdə 6 832 323 test icra olunub.