
Xəzər TV-nin məlumatına görə, 6 metr eni olan yol hər keçən gün sürüşür.
Sürüşmə zamanı yol kənarında boş torpaq sahəsinin daş hasarı da uçub. Qəsəbə sakinləri deyirlər ki, əgər əvvəllər 5-6 metr hissədə çökmə olubsa, indi yolun təxminən 15-20 metrə qədər hissəsi sürüşüb.
Qeyd edək ki, təhlükəli vəziyyət yol boyu bir neçə hissədə yaşanır.
Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildiriblər ki, həmin əraziyə baxış keçiriləcək. Sürüşmənin qarşısının alınması və yolda təmir işlərinin görülməsi üçün aidiyyəti qurumlara məlumat verəcəklər.
Daha ətraflı videomaterialda: