Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.
Senzor.az bildirir ki, bunu KİV-ə açıqlamasında yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov deyib.
Onun sözlərinə görə, iclas zamanı Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.
AKİ-nin katibi bildirib ki, iclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyiblər.
O qeyd edib ki, may ayının son ongünlüyündə, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Ümumi iclası keçiriləcək və səsvermənin nəticəsi rəsmiləşdiriləcək: “Eyni zamanda iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsi müzakirə olunub. Təklif kimi Rüstəm İbrahimbəyovun məqalələrinin toplusu, sənədli film, Kino muzeyinin yaradılması təşəbbüsü göstərilir. Bu təşəbbüslərin müəyyən hissəsini Azərbaycan Kinematoqrafçılar İttifaqı özü maliyyələşdirəcək. Bəzilərinin reallaşdırılması ilə bağlı isə ölkə rəhbərliyinə müraciət olunacaq”.
Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.