
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu yarımadada gecə 11-13°, gündüz 18-22°, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.