Son günlər müxtəlif sosial şəbəkələrdə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzəltmə və ya investisiya yatırma imkanları təklif olunur.
Senzor.az bildirir ki, bu barədə SOCAR açıqlama yayıb.
“Bəyan etmək istəyirik ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyəti yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.
Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib”, - deyə açıqlamada vurğulanıb.