Yol Polisi Bakı-Quba magistralından istifadə edən sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.
 
Senzor.az bildirir ki, müraciətdə deyilir:
 
"Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılıb, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülüb, müvafiq nişanlama xətləri çəkilib, müvəqqəti yol nişanları quraşdırılıb.
 
DİN-in Baş DYP İdarəsi xüsusilə həftəsonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.