
Senzor.az bildirir ki, İcra başçısı görüşdən öncə Vətən müharibəsi və torpaqlarımızın müdafiəsi zamanı canından keçən kənd sakinlərinin məzarlarını ziyarət edib, qəbirləri üstünə gül–çiçək düzüb.


İcra başçısı bildirib ki, Zəyəm Cırdaxan kəndində bu günlərdə açılışı olan yeni məktəb binasının tikintisi, Şəmkir–Zəyəm–Düyərli–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun müasir standartlara uyğun qurulması da görülən işlərin bir hissəsidir.

Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlər dinlənilib və qaldırdıqları məsələlər müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.
Sakinlər tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Qabil YUSİFOĞLU