“Azərbaycan Dəmir Yolları” açıqlama yaydı - BƏLƏDÇİLƏRİN ETİRAZ AKSİYASINDAN SONRA
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) işdən çıxarılan işçilərin ödənişləri ilə bağlı görülən tədbirlər barədə məlumat yayıb.
 
QSC-nin saytında yerləşdirilən məlumatda bildirilir ki, koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsiri fonunda “Azərbaycan Dəmir Yolları”nda işlərin və sərnişin daşımanın həcmi azalıb. Həmçinin bəzi işçilər cəlb olunmayıb, fasilələr yaranıb. Bu, “Azərbaycan Dəmir Yolları”nın 18 min işçisindən 2000-nə təsir edib.
 
Eyni zamanda pandemiya dövründə və yaxın vaxtlara qədər boş dayanan işçilərə aylıq əməkhaqqı ödənilib, bundan ötrü 10 milyon manat vəsait xərclənib.
 
Lakin “Azərbaycan Dəmir Yolları”nda yaranmış iqtisadi vəziyyət sahənin sağlamlaşdırılması üçün tədbirlərin görülməsini, əsasən borcların restrukturizasiyasının nəticələrinin minimuma endirilməsini, xərclərin optimallaşdırılmasını, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasını tələb edir.
 
Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma vaxtı işçilərin əməkhaqqı vəzifə maaşının 2/3 hissəsi məbləğində ödənilir.
 
İşdən çıxarılma təhlükəsilə üzləşən işçilərin məşğulluğunun təmin olunması üçün onların DOST İş mərkəzlərində işə cəlb olunması ilə bağlı aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb və razılıq əldə olunub.
 
Fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əməkhaqqının üçdə iki hissəsi ödəniləcək.
 
Eyni zamanda DOST İş mərkəzləri vasitəsilə onlara vəzifə  maaşlarının 5 misli həcmində birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.
 
Turan xatırladır ki, bu məlumat “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin saytında bələdçilərin maaşların artırılması tələbilə mayın 16-da keçirdikləri etiraz aksiyasından sonra dərc edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.