Tanınmış jurnalist reanimasiyaya yerləşdirildi – MEDİA-dan və TƏBİB-dən REAKSİYA
YENİLƏNİB


Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib.

 

Onun sözlərinə görə, Q. İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: “Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”

 

 

TƏBİB-dən KİV-ə verilən xəbərdə isə Qadir İbrahimlinin diaqnozundan bəhs edilir. Qeyd olunur ki,  jurnalist mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə kəskin qaraciyər sirrozu diaqnozu ilə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

 

**12:24

Tanınmış jurnalist, iqtisadçı-ekspert Qadir İbrahimlinin səhhətində problem yaranıb.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə onun həmkarları məlumat veriblər.

 

Qeyd olunub ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda onun müalicəsini xəstəxanada davam etdirdiyi bildiriir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.