Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, həmin məlumata əsasən, paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
-H.Əliyev prospekti əsas və kənar yol şəhər istiqamətində sıxlıq müşahidə edilir;
-Bakı-Sumqayıt şosesi, "20 Yanvar" istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur;
-Ə.Əliyev küçəsi Neftçilər prospektinin kəsişməsində sıxlıq var;
-Y.Səfərov küçəsi - H.Əliyev prospekti istiqamətində sıxlıq yaranıb;
-Babək prospekti ilə H.Əliyev prospektinin kəsişməsində sıxlıq müşahidə edilir;
-R.Behbudov küçəsində sıxlıq var;
-R.Bünyadov prospekti "20 Yanvar" istiqamətində sıxlıq müşahidə olunur;
-A.Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində sıxlıq var;
-28 May küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.