Küləkli və yağıntılı hava mayın 21-i səhər saatlarınadək davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanda müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən senzor.az-a verilən məlumata görə, Qara dəniz üzərində formalaşan siklonun ölkə ərazisinə daxil olması nəticəsində mayın 19-u axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, küləkli, yağıntılı olub.

 

Qeyd olunub ki, intensiv yağıntılar Böyük Qafqazın bəzi yerlərində 15-21 mm-dək qeydə alınıb: "Şimal-qərb küləyi bəzi bölgələrdə 25-30 m/s, Bakıda və Abşeron yarımadasında isə 25 m/s-dək güclənib. Bu gün ərzində küləyin davam edəcəyi, maksimal sürəti 15-20 m/s, arabir 25-30 m/s olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarınadək davam edəcək.

 

Mayın 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.