Mayın 20-si gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Məlumatı AZƏRTAC yayıb.
Bildirilir ki, ucqar Xınalıq yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.
O da qeyd olunur ki, qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur xeyli aşağı düşüb.