Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 712 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 45 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 510, bu günə qədər isə ümumilikdə 6 872 506 test icra olunub.