“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
Senzor.az bildirir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.