“Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranan qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar 26 may tarixində saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Senzor.az “Azəriqaz” İB-yə istinadən bildirir ki, təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.