Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonundan görüntü paylaşıb.
Senzor.az bildirir ki, paylaşımda deyilir: "Ağalı kəndi. Zəfər rəmzi, Sülh rəmzi".
Yeri gəlmişkən, Zəfər rəmzi, Sülh rəmzi abidəsi barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, su həyat, bolluq məhsuldarlıq, abidənin üstündəki göyərçinin V formasındakı qanadları “victory” (qalibiyyət) mənasını bildirir, sütunlar isə 44 rəqəmini, Vətən müharibəsinin 44 gün davam etməsini xatırladır.