Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, 1 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 792 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 996 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 871, bu günə qədər isə ümumilikdə 6 890 579 test icra olunub.