Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, həmin məlumata əsasən, paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından "20 Yanvar" dairəsinə qədər - əsas və kənar yol sıxlıq;
3. Binəqədi şosesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində Biləcəri-"Baksol" yolu ilə kəsişməyədək sıxlıq;
4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində sıxlıq;
6. Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq sıxlıq;
8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 yanvar dairəsinə qədər sıxlıq;
9. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;
10. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “Asan xidmət” mərkəzinin qarşısına qədər əsas yolda və Bağırov körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda sıxlıq;
11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq;
12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq sıxlıq;
14. Rəşid Behbudov küçəsinin – Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən, Mərkəzi Bankın qarşısına qədər sıxlıq;
15. 28 May küçəsi – Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;
16. Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.