Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, həmin məlumata əsasən, paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesi - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Binəqədi şosesi – “Azadlıq prospekti“ metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər sıxlıq;
3. Moskva prospekti - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;
4. Rövşən Cəfərov küçəsi - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
5. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalının qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
6. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində, eyni zamanda Ceyhun Səlimov küçəsi ilə kəsişmədən, Qələbə dairəsinə qədər olan hissəsində sıxlıq;
7. Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;
8. Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməyədək sıxlıq;
9. 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;
10. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq;
11. Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq;
12. Dilarə Əliyeva küçəsi - Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər sıxlıq.