Bakıda açıq yoqa dərsi - MƏDƏT QULİYEV DƏ İŞTİRAK EDİB
FOTO

Beynəlxalq Yoqa Günü münasibətilə yoqa festivalı çərçivəsində iyunun 4-də Respublika Velotrekində açıq yoqa dərsi təşkil edilib. Tədbir Azərbaycan Velosiped Federasiyası (AVF), Hindistanın Azərbaycandakı səfirliyi və Klassik Yoqa Məktəbinin təşkilatçılığı ilə keçirilib.

 

Senzor.az AVF-yə istinadən bildirir ki, açıq dərsdə Federasiyanın prezidenti Mədət Quliyev və 100-dən çox həvəskar iştirak edib.

 

Tədbirdə yoqanın inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən təbliğat işlərindən söhbət açılıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkəmizdə yoqanın populyarlaşdırılması və inkişafı ilə bağlı gördüyü işlərdən danışılıb.

 

Yoqa mütəxəssisi Elçin Quliyevin rəhbərliyi ilə “Hatha Yoqa” praktikası üzrə hərəkətlər icra olunub. 


Daha sonra Solmaz Əskərova və Rinat Alimovun iştirakı ilə musiqi proqramı baş tutub.

 

Musiqi proqramının ardınca, qonaqlara vegetarian yeməkləri təqdim olunub.

 

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

 

Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib. Həmin gün münasibətilə dünyanın müxtəlif ölkələrində yoqa festivalları keçirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.