İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.
Senzor.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara, çimərliklərdə fəaliyyət göstərəcək sahibkarlara ərazilərdə təmizlik-abadlıq işlərinin həyata keçirilməsi və nəzarətdə saxlanması ilə bağlı ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə başlayıb. Monitorinqin nəticələri yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.