Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyün sonunadək şimal-qərb küləyinin sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda belə deyilir.
Azərbaycanın rayonlarında isə bu gündən iyunun 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin sürəti saniyədə 15-20 metr, bəzi yerlərdə arabir 23-28 metr olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.