Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 508, bu günə qədər isə ümumilikdə 6 911 894 test icra olunub.