Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 988, bu günə qədər isə ümumilikdə 6 916 588 test icra olunub.