Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, həmin məlumata əsasən, paytaxt yollarında vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq;
3. Binəqədi şosesində - Biləcəi-Baksol yolu ilə kəsişmədən –mərkəz –“Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;
4. Rövşən Cəfərov küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;
5. Abdulvahab Salamzadə küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək sıxlıq;
6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
7. Tbilisi prospektində, 20 Yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq;
8. Şəfayət Mehdiyev küçəsində - Tbilisi prospektinə çıxan hissədə sıxlıq;
9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək - Türkiyə səfirliyi istiqamətində sıxlıq;
10. Heydər Əliyev prospektində - Ağa Nemətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq;
11. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq;
12. Ağa Nemətulla küçəsində, Heydər Əliyev prospekti ilə kəsişmədən “Nərimanov” metrosu istiqamətində sıxlıq;
13. Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq;
14. 28 May küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;
15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq;
16. Şəmsi Bədəlbəyli küçəsində Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.