Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 351, bu günə qədər isə ümumilikdə 6 918 939 test icra olunub.