İyunun 12-si gündüzdən iyunun 15-dək əsasən Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə sürəti saniyədə arabir 20-25 metr olacaq.
Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.