Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərara istinadən bildirir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 75 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 150, bu günə qədər isə ümumilikdə 6 924 498 test icra olunub.