Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 925 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 130 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 80 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 714, bu günə qədər isə ümumilikdə 6 932 255 600 test icra olunub.