Qubadlı Rayon Polis Şöbəsi, Dövlət Sərhəd Xidməti, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 tondan artıq olan 16 403 ədəd çətənə kolu yandırılaraq məhv edilib.