İmişli Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir: "İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranan münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
**09:00
İmişlidə dəhşətli ailə faciəsi baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə Yalavac kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Onların birgə nikahdan bir övladlarının olduğu bildirilir.