Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, son sutkada bu xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 010 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 164 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 130 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 312, bu günə qədər isə ümumilikdə 6 938 655 test icra olunub.