Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, NİİM-in həmin məlumatına əsasən Bakının küçə və prospektlərində vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas yolda sıxlıq;
3. Binəqədi şosesində - mərkəz – “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq;
4. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Xutor dairəsi ilə kəsişmədən “Koroğlu” metrosu istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq;
5. Tbilisi prospektində, 20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq;
6. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “Asan xidmət” mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq;
7. Aeroport şosesində, Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
8. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.