Mövlam Şıxəliyev: Mən Rüstəm Usubovun tapşırıqlarını yerinə yetirmişəm
“MTN İŞİ”

"Mən MTN-də İstintaq idarəsinin rəisi olduğum müddətdə kargüzarlıq etmişəm, bilavasitə Rüstəm Usubovun verdiyi tapşırıqları yerinə yetirmişəm".

 

Senzor.az bildirir ki, bunu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev iyunun 20-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə sərbəst ifadəsində bildirib.

 

Təqsirləndirilən şəxs deyib ki, qərarları Baş Prokurorluq verib: "Hər bir material, cinayət işi üzrə Baş Prokurorluqda məruzə olunub, orada verilən qərarlar üzrə işlər icra olunub".

 

Eyni zamanda MTN-in keçmiş əməkdaşı, təqsirləndirlən Sahib Ələkbərovun ötən iclasda verdiyi vəsatətlə bağlı qərar elan edilib. Qərara əsasən, S.Ələkbərovun sabiq baş prokuror Zakir Qaralovun və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatəti təmin edilməyib.

 

Məhkəmənin növbəti iclası iyunun 28-nə təyin edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.