Baş nazir Ələt Azad İqtisadi Zonasında görülən işlərlə tanış oldu
TAPŞIRIQLAR VERDİ

Baş nazir Əli Əsədov Ələt Azad İqtisadi Zonasında aparılan işlərlə yerində tanış olub.

 

Senzor.az Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən bildirir ki, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və energi təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub və konkret tapşırıqlar verilib.

 

Daha sonra Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində terminalların iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.

 

Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırkı vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələr ilə bağlı müzakirələr aparılıb və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

Görüşlərdə Azərbaycan Prezidentinin köməkçisi-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, rəqəmsal inkişaf və nəqliyyat naziri və sahə üzrə məsul şəxslər və rəhbərlər iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.