İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu yarımadada gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.