Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti istintaq orqanının tanınmış vəkil Elçin Qənbərovla bağlı vəsatətinə baxılıb.
Senzor.az bildirir ki, bu barədə haqqin.az məlumat yayıb.
Qeyd olunub ki, hakim İlkin Rüstəmli Elçin Qənbərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
E.Qənbərov dələduzluqda ittiham olunur.
Xatırladaq ki, Elçin Qənbərov uzun illər Mərkəzi Hüquq Bürosunun rəhbəri olub və Azərbaycan hökumətini müdafiə edib. 2017-ci ildə o, Leyla Yunusun həbsxana həyatından bəhs edən məşhur “Leyla Yunusun parıltısı və yoxsulluğu” adlı kitabını nəşr etdirib.
Elçin Qənbərov kitabında il yarıma yaxın hüquqlarını müdafiə etdiyi Leyla Yunusun ermənipərəst və antiazərbaycançı qüvvələrin əlində alət olduğunu, Azərbaycanı bilərəkdən ləkələdiyini bildirib.