Gəncədə güclü yağış fəsadlar törədib.
APA-nın məlumatına görə, bu gün axşam saatlarında yağan leysandan sonra şəhərin bəzi hissələrinə, həmçinin Sadıllı və Məhsəti Gəncəvi qəsəbəsinə sel gəlib. Sel suları küçələrdə bir sıra çətinliklər yaradıb, avtomobillərin hərəkətinə təsir edib.
Qeyd edək ki, qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.