Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, fasilələrlə yağıntılı hava şəraiti isə ayın 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.
Birinci ongünlüyün son günlərində temperatur rejimi tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° istiyə çatacaq.