Bu gündən Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.
Senzor.az xatırladır ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9-u və 10-u Qurban bayramı günləri müəyyən edilib.
İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Bununla da, iyul ayının 9-dan 13-dək Azərbaycanda Qurban bayramı ilə əlaqədar ardıcıl qeyri-iş günü olacaq.