Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib .
Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov münaqişə zəminində anası E.Kərimovanı bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.
Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxşdir. Keçirilmiş tədbirlərlə Eltun Kərimov saxlanılıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq araşdırma aparılır.