Şəmkirli gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Senzor.az-ın məlumatına görə, hadisə Ağstafa rayonundakı Aşağı Göycəli kəndində baş verib.
Həmin kəndə qonaq gedən Şəmkir sakini, 1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Lakin həkimlərin səyinə baxmayaraq, İ.Qəhramanov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.