Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Senzor.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.