Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.
Senzor.az-ın məlumatına görə, Müdafiə Nazirliyindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.