Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarının adını açıqlayıb.
Mərkəzdən senzor.az-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesi Xırdalan dairəsindən başlayaraq “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq;
2. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının qarşısından başlayaraq mərkəz istiqamətdə əsas yolda nisbətən sıxlıq;
3. Ziya Bünyadov prospekti Çermet körpüsünün üzərindən başlayaraq “20 Yanvar” metro stansiyası istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq;
4. Tbilisi prospekti - Moskva prospekti ilə kəsişmədən başlayaraq mərkəz istiqamətində sıxlıq müşahidə edilir.