Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 151 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 794 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 961 nəfər müalicə olunaraq sağalıb, hazırda 714 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 487, bu günə qədər isə ümumilikdə 6 999 322 test icra olunub.